Tatlısəsin oğlu Bakıda - Fotolar

tatlisesin-oglu-bakida
Oxunma sayı: 4113

Türkiyənin məşhur ulduzu İbrahim Tatlısəsin oğlu İdo Azərbaycana gəlib.

“Qafqazinfo” xəbər verir ki, o, yanvarın 13-də Bakının məşhur restoranlarından birində çıxış edib.  O, səhnədə məşhur türk musiqilərini səsləndirib.

Konsertdən çəkilən fotolar sosial şəbəkələrdə paylaşılıb. 

Qeyd edək ki, konsertdə azərbaycanlı məşhurlar da çıxış edib.