“Taxt oyunları”nın məşhur cütlüyü evləndi - Fotolar

taxt-oyunlarinin-meshur-cutluyu-evlendi
Oxunma sayı: 2135

Dünyada izlənilmə rekordu qıran "Taxt oyunları" ("Game of Thornes") serialının ulduzları Kit Harinqton və Rouz Lesli ailə qurublar.

"Qafqazinfo" xarici KİV-ə isinadən xəbər verir ki, "Con Snou" obrazını canlandıran Kitlə "İqritte" rolunu ifa edən Rouz Şotlandiyada nikaha girib. Cütlüyün nikahı Reyn kilsəsində baş tutub. 

Qeyd edək ki, Harinqtonla Lesli 2012-ci ildə çəkiliş meydançasında tanış olublar.