“Taxta bazarı”nda güclü yanğın - General hadisə yerində+Video

taxta-bazarinda-guclu-yangin
Oxunma sayı: 8671

Bakıda tikinti materiallarının satışı mağazası yanır.

"Qafqazinfo"nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda tikinti materiallarının satışı mağazasının dam örtüyü yanır.

Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir.

***

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

***

Yanğının qarşısı alınıb.