Tayland və Vyetnam sular altında qaldı

tayland-ve-vyetnam-sular-altinda-qaldi
Oxunma sayı: 634

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, hər iki ölkəyə milyardlarla dollar ziyan dəyib. Təbii fəlakət nəticəsində ölənlərin sayı 600-ü keçib.
Sel daşqınları Taylandın paytaxtı Banqoka daha çox ziya vurub. Musson yağışları nəticəsində daşan çaylar toksik sənaye tullantıları, heyvan leşləri gətirir.
Vyetnamın mərkəzi və cənub əyalətlərində isə 25 min nəfərin ziyan gördüyü xəbər verilir. Ölkədə yağışların başladığı oktyabr ayından bu yana 100 nəfərdən artıq insan həlak olub.