Tayvanda güclü zəlzələ - Yaralılar var + Video

tayvanda-guclu-zelzele
Oxunma sayı: 2218

Tayvanın Hualien şəhərində 6,1 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 17 nəfər xəsarət alıb.

Yeraltı təkan paytaxt Taybeydə də hiss edilib. Zəzlələ səbəbindən bəzi binalarda böyük çatlar əmələ gəlib, bəziləri isə əyilərək aşma həddinə çatıb. Şəhərdə dərslər dayandırılıb.

Hazırda dəymiş ziyanın hesablanması və fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.