Tayvanda zəlzələ qurbanlarının sayı artıb

tayvanda-zelzele-qurbanlarinin-sayi-artib
Oxunma sayı: 2337

Tayvanın Xualyan bölgəsində baş verən zəlzələ qurbanlarının sayı artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təbii fəlakətlə əlaqədar yaradılan operativ qərargah açıqlama yayıb.

Məlumata əsasən, zəlzələ nəticəsində ölənlərin sayı 9-a çatıb. Daha 265 nəfər xəsarət alıb. Eyni zamanda 62 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, fevralın 6-da Tayvanda 6,5 bal gücündə zəlzələ baş verib.