Tbilisdə saxlanılan Rusiya vətəndaşı terrorçuluqda ittiham olunur

tbilisde-saxlanilan-rusiya-vetendasi-terrorculuqda-ittiham-olunur
Oxunma sayı: 1028

Gürcüstan prokurorluğu Tbilisdə keçirilən əməliyyat öncəsi saxlanılan şəxsə qarşı ittiham irəli sürüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, başqa ölkədə terror təşkilatına üzv olmaq, terror fəaliyyəti, partlayıcı maddə və silah saxlamaqda günahlandırılır.

Xatırladaq ki, çərşənbə günü Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Tbilisidə xüsusi anti-terror əməliyyatı keçirib. Nəticədə 3 nəfər zərərsizləşdirilib, 1 nəfər isə saxlanılıb.

Saxlanılan şəxsin adı açıqlanmayıb. Onun Rusiya vətəndaşı olduğu bildirilir.