Tbilisi metrosunda silah səsləri eşidildi, yaralı var

tbilisi-metrosunda-silah-sesleri-esidildi-yarali-var
Oxunma sayı: 1209

Tbilisidə “Delisi” metrostansiyası yaxınlığında silahlı insident baş verib.

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən məlumatına görə, 2 nəfər naməlum şəxs 26 yaşlı gəncə 6 dəfə atəş açıb.

Gənc ayağından yaralanıb və xəstəxanaya çatdırılıb. Polis hadisə şahidlərini dindirir. Şübhəliləri 7 ildən 15 ilədək həbs gözləyir.