Tbilisi metrosunda yanğın

tbilisi-metrosunda-yangin
Oxunma sayı: 1041

Gürcüstanın paytaxtı Tbilisidə “Qotsiridze” metrostansiyası yaxınlığında yanğın olub.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, metro xəttində hərəkət dayandırılıb. Yanğınsöndürənlər alovun qarşısını ala biliblər.

İnsidentə elektrik ötürücüsündə çıxan yanğın səbəb olub. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.