Tbilisi prospektində tıxacın qarşısı alınacaq - Foto

tbilisi-prospektinde-tixacin-qarsisi-alinacaq
Oxunma sayı: 628

Tbilisi prospekti və ona kəsişən küçələri əhatə edən ərazidə nəqliyyatın optimallaşdırması üçün yeni təkliflər paketi hazırlanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumat Bakı Nəqliyyat Agentliyininin gördüyü son işlərlə bağlı bu gün keçirilən mətbuat konfransında verilib. Agentliyin “Yol 1” layihəsinə daxil olan təkliflər planına əsasən prospektdə yaranan sıxlığın tez bir zamanda qarşısının alınması gözlənilir. Həmin ərazi araşdırılan zaman məlum olub ki, pik saatlarda nəqliyyat axını çox olduğu üçün ərazidə hərəkət iflic  olur. Ən çox tıxaclar müşahidə olunan Tbilisi dairəsində bir çox dəyişikliklər ediləcək. 

Bu səbəbdən dairədə nəqliyyatın düzgün nizamlanması lazımdır. Ərazidə tıxacın yaranmasının başqa bir səbəbi isə dairənin ölçüsünün kiçik olmasıdır. Həsən Əliyev küçəsindən daxil olan avtomobillər müntəzəm olaraq sıxlığa səbəb olur. Buradakı dayanacaq məntəqələri kəsişmədən dərhal sonra yerləşir. Bu da nəqliyyatın hərəkətində problemlər yaradır, avtobuslar 3 zolağı kəsmək məcburiyyətində qalır. Piyada keçidindən bir saatda 600 piyada keçir ki, bu da böyük rəqəmdir. Bütün bu problemləri nəzərə alaraq dairədə yol hərəkətinin optimallaşdırılması üçün təkliflər paketi hazırlanıb. 

Layihənin icrası dövlət qurumları ilə razılaşdırılıb və may ayında reallaşacaq.

Günel Hacı