Tbilisi yenə qarışdı - Baş naziri danışmağa qoymadılar+Video

tbilisi-yene-qarisdi
Oxunma sayı: 2036

Tbilisidə minlərlə aksiyaçı yenidən parlament binası qarşısına toplaşıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar hökumətin istefasını tələb edirlər. Təşkilatçılar hətta prezident Georgi Marqvelaşvilini də aksiyaya qoşulmağa çağırıb. Baş nazir Georgi Kvirikaşvili nümayişçilər qarşısında çıxışı zamanı istefa verməyəcəyni deyib:

"İlk növbədə bəyan edirəm ki, bu ölkənin sıravi vətəndaşı kimi, mənim üçün vəzifə qara qəpiyə dəyməz. Mənim üçün prosesin hüquqi çərçivədə inkişaf etdirilməsi vacibdir. Buna görə də səhər tezdən iş üzrə istintaq Daxili İşlər Nazirliyinə qaytarılacaq”.

 Etirazçılar isə baş nazirə nitqini bitirməyə imkan verməyiblər. Hətta ona şüşə qablar atmağa başlayıblar. Mühafizəçilər baş naziri parlament meydanından güclə aparıblar. 

Mitinq iştirakçıları Baş prokuror İrakli Şotadzenin istefasından sonra onun cinayət məsuliyyətinə cəlb edilməsini və hüquq-mühafizə, məhkəmə orqanlarının yenidən təşkilini tələb edirlər. 

Xatırladaq ki, Şotadzenin 2017-ci ildə Tibilisidə iki yeniyetmənin rezonans doğuran qətli ilə bağlı cinayətkarlar cəzalandırılmadan vəzifəsindən getməsi etirazlara səbəb olub.  Məktəblilərin qatillərinin cəzalandırılamaması kütləni qəzəbləndirmişdi. Baş Prokurorluq binası önündə başalayan aksiyalar daha sonra Parlament binasına qədər yayılıb. 

Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin şagirdləri 16 yaşlı David Saralidze və Levan Dadunaşvili Xorava küçəsində mübahisə zamanı bıçaqlanıblar. Polis insidentdə şübhəli bilinən 2 yeniyetməni saxlayıb. Tbilisi şəhər məhkəməsi ötən gün təqsirləndirilən şəxsləri qismən təqsirli hesab edib.