Tbilisidə aksiyaçılardan 55-i azadlığa buraxıldı

tbiliside-aksiyacilardan-55-i-azadliga-buraxildi
Oxunma sayı: 655

Tbilisi Apellyasiya məhkəməsi aksiyalarda həbs edilən 61 nəfərdən 55-ni azadlığa buraxıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, həbs edilənlərin vəkilləri onların 12 günlük azadlıqdan məhrum edilmələri əleyhinə şikayət ərizəsi verib. Məhkəmə daha əvvəl 16, dünən isə 40-dan çox etirazçını sərbəst buraxmışdı.

Qeyd edək ki, rusiyalı nümayəndə heyətinin Tbilisiyə gəlməsindən sonra iyunun 20-dən etiraz aksiyaları keçirilir. Mitinqçilər Daxili İşlər naziri Georgi Qaxarianın istefasını tələb edirlər.