Tbilisidə aksiyada yaralananlardan biri öldü

tbiliside-aksiyada-yaralananlardan-biri-oldu
Oxunma sayı: 1020

Tbilisidə aksiya zamanı xəsarət alanlardan biri dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yaralı xəstəxanada aldığı travmalardan vəfat edib.

Qeyd edək ki, dünən Tbilisidə parlament binası önündə rusiyalı nümayəndələrin Gürcüstana gəlməsinə etiraz olaraq keçirilən mitinqdə 240-dan çox insan yaralanıb.