Tbilisidə azərbaycanlı kommunistin adını daşıyan küçənin adı dəyişdirilir

tbiliside-azerbaycanli-kommunistin-adini-dasiyan-kucenin-adi-deyisdirilir
Oxunma sayı: 1252

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Mirhəsən Vəzirov küçəsinin adının dəyişdirilməsi barədə qərar qəbul olunub.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, M. Vəzirov küçəsinə 1918-ci ildə Gürcüstan parlamentinin sədri olmuş Nikoloz Çxeidzenin adı veriləcək.
 
Tbilisi Sakrebulosunun qərarına əsasən Gürcüstan Demokratik Repsublikasının yaranmasının 100 illiyi ərəfəsində paytaxtda ümumilikdə 15 küçənin adı dəyişdiriləcək və onlar respublikanın yaradılmasında rol oynamış şəxsiyyətlərin şərəfinə adlandırılacaq.
 
Qeyd edək ki, Mirhəsən Vəzirov Şuşada anadan olmuş 26 Bakı komissarından biri olub.