Tbilisidə etiraz aksiyası dayandırıldı

tbiliside-etiraz-aksiyasi-dayandirildi
Oxunma sayı: 1803

Tbilisidə parlament binası qarşısında dünən saat 15:00-dan bu gün səhərə qədər davam edən etiraz aksiyası dayandırılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, polis tərəfindən aksiya iştirakçılarının qurduğu çadırlar sökülüb.

Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa olunub. Səhər saatlarında ictimai asayişi pozan 3 aksiya iştirakçısı saxlanılıb.  Etirazların təşkilatçılarından olan “Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili aksiyanın bu gün saat 15:00-da bərpa olunacağını bildirib. Hərəkat lideri qeyd edib ki, aksiyanın tələbi dəyişməz olaraq qalır.

Etirazçılar gecə klublarında 8 nəfərin saxlanılması ilə nəticələnmiş xüsusi əməliyyatla bağlı baş nazir Giorgi Kvirikaşvilidən mövqeyini açıqlamasını tələb edirlər.