Tbilisidə parlament binası qarşısında yenidən aksiya keçirilir.
“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, hava şəraiti kəskin pisləşdiyindən aksiya iştirakçıları bir saat gec toplanıb.
Onlar Daxili İşlər naziri Georgi Qaxarianın istefasını və iyunun 20-də saxlanılan etirazçıların azadlığa buraxılmasını tələb edirlər.
**
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası başa çatıb.
"Qafqazinfo" ölkənin "Pirveli" telekompaniyasına istinadən xəbər verir ki, etirazçılar parlamentin binası ətrafında canlı zəncir yaradaraq, Gürcüstanın dövlət himnini ifa ediblər.