Tbilisidə etirazlar böyüyür - Baş nazir istefaya çağrıldı

tbiliside-etirazlar-boyuyur
Oxunma sayı: 5019

Tbilisidə yüzlərlə insan Daxili İşlər Nazirliyinin gecə klublarında xüsusi əməliyyat keçirərək 8 nəfər narkotik alverçisini tutmasına etiraz olaraq aksiya keçirir.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, nümayişçilər Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə daxili işlər naziri Georgi Qaharinin istefasını tələb ediblər. Aksiya təşkilatçılarından biri "Biz bu gündən öz hüquqlarımızın qorunmasını tələb etməliyik. Biz narkoman deyilik" söyləyib. Etirazçılar artıq Parlament binasının önünə toplaşıblar. Onlardan 62 nəfəri ictimai qaydaları pozduğuna görə saxlanıldıqdan sonra sərbəst buraxılıblar. 

Qeyd edək ki, ötən gecə Tbilisidəki “Basiani” və “Gallery” gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb. Bu isə etirazların başlanmasına səbəb olub.