Tbilisidə hava limanı boşaldıldı - Partlayış təhlükəsi

tbiliside-hava-limani-bosaldildi
Oxunma sayı: 1386

Gürcüstan polisinə Tbilisidəki hava limanına partlayıcı qoyulması barədə məlumat daxil olub.

“Qafqazinfo” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, dərhal hava limanındakı insanlar təxliyyə edilib.

Hava limanının ərazisi axtarıldıqdan sonra heç bir partlayıcı tapılmayıb.

Polis hazırda yalan məlumat verən şəxsi axtarır.