Tbilisidə yaşayış binasında partlayış - 3 nəfərin cəsədi çıxarılıb

tbiliside-yasayis-binasinda-partlayis
Oxunma sayı: 1042

Tbilisidə Diqomi rayonunun Avtandil küçəsində yaşayış binasında partlayış baş verib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, qaz sızması nəticəsində baş verən partlayışdan sonra dağıntılar meydana gəlib.

Xilasedicilər uçqun altından 3 nəfərin cəsədini çıxara bilib. Xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Hazırda dağıntılar altında qalan digər insanların xilas edilməsinə çalışılır.