Tbilisidə yaşayış binasında partlayış - 8 nəfər yaralandı

tbiliside-yasayis-binasinda-partlayis
Oxunma sayı: 989

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında partlayış baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər yaralanıb.

Gürcüstan səhiyyə naziri David Sergeenkonun sözlərinə görə, iki nəfərin tənəffüs yolları yanıb. Digərlərinin vəziyyəti orta-ağırdır.

Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.

Qeyd edək ki, partlayışın təsirindən binada dağıntılar əmələ gəlib.