Tbilisidə etiraz aksiyasına canlı zəncirlə yekun vuruldu - Video + Yenilənib

tbiliside-etiraz-aksiyasina-canli-zencirle-yekun-vuruldu
Oxunma sayı: 2891

Tbilisidə parlament binası qarşısında yenidən aksiya keçirilir.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, hava şəraiti kəskin pisləşdiyindən aksiya iştirakçıları bir saat gec toplanıb.

Onlar Daxili İşlər naziri Georgi Qaxarianın istefasını və iyunun 20-də saxlanılan etirazçıların azadlığa buraxılmasını tələb edirlər. 

**

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası başa çatıb.

"Qafqazinfo" ölkənin "Pirveli" telekompaniyasına istinadən xəbər verir ki, etirazçılar parlamentin binası ətrafında canlı zəncir yaradaraq, Gürcüstanın dövlət himnini ifa ediblər.