Tbilisidəki aksiya sabah davam edəcək - Video + Yenilənib

tbilisideki-aksiya-sabah-davam-edecek
Oxunma sayı: 3223

Tbilisidə Rustaveli prospektində insanlar yenidən meydana toplaşmağa başlayıb.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, etirazçıların əlində anti-Rusiya şüarları yazılmış plakatlar var. Parlament binası qarşısına kiçik tribuna da qoyulub. Burada siyasətçilərin çıxış edəcəyi gözlənilir.

Aksiyada müxalif “Vahid Milli Hərəkat” partiyası, “Yeni Gürcüstan üçün”, Gürcüstanın Respublika Partiyası”, “Milli-demokratlar Partiyası” iştirak edir.

***

Tbilisidə Rustaveli prospektində parlament binası önündə keçirilən aksiyaya tələbələr də qoşulub. Onlar hər hansı siyasi partiyaya mənsub olmadıqlarını bildirərək "Zorakılığa yox" şüarı səsləndiriblər. Etirazçıların sayının minlərlə olduğu bildirilir. Onlar dünən aksiyada həbs edilənlərin azad olunmasını, polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etdiyi üçün isə Daxili İşlər naziri Georgi Qaxarianın istefasını tələb edirlər. Müxalifət isə növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir. 

*** 

Aksiyanın rəsmi hissəsi başa çatıb. Təşkilatçılar sabah saat 19:00-da aksiyanın yenidən keçiriləcəyini bəyan ediblər.