Tbilisidəki mitinqdə 240 nəfər yaralanıb

tbilisideki-mitinqde-240-nefer-yaralanib
Oxunma sayı: 931

İyunun 20-də Tbilisidə parlamentin binası qarşısında keçirilən kütləvi aksiyalar zamanı 240 nəfər xəsarət alıb.

“Qafqazinfo”nun “sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, bu barədə Səhiyyə nazirinin müavini Zaza Bohua bildirib.

Onun sözlərinə görə, yaralananlardan 80 nəfəri polis əməkdaşlarıdır: “Hazırda 102 nəfər xəstəxanada müalicə alır”.

Qeyd edək ki, aksiya zamanı etirazçıları sakitləşdirmək üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə olunub.