Tbilisinin mərkəzi küçəsində yol çöküb

tbilisinin-merkezi-kucesinde-yol-cokub
Oxunma sayı: 2106

Gürcüstanın paytaxtı Tbilisinin Çitadze küçəsində yol çöküb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, nəticədə şəhərin mərkəzi küçəsində iri dəlik yaranıb. Küçədə hərəkət dayandırılıb. Meydana gələn dəliyin 1 metr olduğu bildirilib. Yolun çökməsi nəticəsində xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.