Təbriz küçəsi bağlanır

tebriz-kucesi-baglanir
Oxunma sayı: 2775

Bu gündən etibarən Təbriz küçəsinin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Qafqazinfo” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin saytına istinadən xəbər verir ki, məhdudlaşdırılmaya səbəb Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinədək olan hissəsində asfalt-beton örtüyünün yenilənməsidir. 

Məhdudlaşma qısa müddətlik tətbiq ediləcək.