Təbrizdə Xocalı soyqırımı anıldı

Təbrizdə Xocalı soyqırımı anıldı
Oxunma sayı: 303

Təbrizdə Şəhriyarın Ev Muzeyində Xocalı soyqırımının anım mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin təşkil etdiyi tədbirdə Səhriyarın oğlu Hadi bəy, tələbələr, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım mərasimində Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova bildirib ki, Xocalıda törədilən vəhşilik 20-ci əsrin ən qanlı faciələrindəndir: “Burdan bir daha bütün dünyaya səslənmək istəyirik. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və gec-tez tarixi, milli-mənəvi köklərimizin yaşadığı yerlərə qayıdacağıq”.

Mərasimin sonunda iştirakçılara Xocalı faciəsini əks etdirən kitablar, bukletlər və videoçarxlar paylanıb.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi