Təcavüz qalmaqalı böyüyür - Bu dəfə Keti Perri...

tecavuz-qalmaqali-boyuyur
Oxunma sayı: 3268

Amerikalı prodüser Dr. Lukenin pop ulduz Keti Perriyə təcavüz etdiyi ortaya çıxıb. “Qafqazinfo” xəbər verir ki, bunu prodüserin qurbanı olan və onu məhkəməyə verən müğənni Keşa iddia edib. 

Keşa həmkarı Ledi Qayaya yazdığı mesajda Lukenin Ketini zorladığını qeyd edib. 

Ötən ay baş tutan məhkəmə prosesində əsl adı Lukas Gottwald olan prodüserin Keşa, Ledi Qaqa ilə yanaşı Keti Perriyə də cinsi zorakılıq tətbiq etdiyi açıqlanıb.  

“2016-cı ildə Keşa Stefani Germanottaya (Ledi Qaqa) atdığı mesajda Gottwaldın (Dr. Luke) Kathryn Hudsona (Keti Perri)  təcavüz etdiyi deyilib” – deyə prosesdə bildirilib.