Təcavüzdə ittiham edilən aktyor ilk dəfə danışdı

tecavuzde-ittiham-edilen-aktyor-ilk-defe-danisdi
Oxunma sayı: 2976

Xəbər verdiyimiz kimi, “Yasak Elma” serialının çəkiliş meydançasında aktyor Talat Bulutun gənc əməkdaş Özge Şimşeki təcavüz etməsi iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, aktyorların geyim məsləhətçisi çalışan Ö.Şimşek hadisə barədə prodakşn rəhbərliyinə məlumat verib və aktyoru məhkəməyə verəcəyini açıqlayıb.

T. Bulutun vəkili isə iddiaları təkzib edərək aktyorun hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edəcəyini açıqlamışdı.

Məsələ ilə bağlı 62 yaşlı T.Bulut isə ilk dəfə danışıb. O, Tvitterdəki hesabından açıqlama yayaraq iddiaları əsassız adlandırıb:

“Son bir neçə gündür haqqımda çıxan əsassız iddiaları təəccüblə izləyirəm. Həqiqət olmayan bu ittihamlar məni və ailəmi çox kədərləndirdi. Bu yalan iddianı ortaya atan şəxs və haqqımda təhqiredici danışanlar haqqında məhkəməyə müraciət edəcəyəm”.

Qeyd edək ki, T.Bulutun 19 yaşlı Ö. Şimşeki çəkiliş meydançasında qalstukunu düzəldərkən dodağından öpmək istədiyi iddia edilir.