Təcavüzdə ittiham olunan Türkiyə vətəndaşı ekstradisiya edildi

tecavuzde-ittiham-olunan-turkiye-vetendasi-ekstradisiya-edildi
Oxunma sayı: 2014

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə qadına təcavüz etməkdə ittiham edilən, qanunsuz yolla Azərbaycana gəlib burada yaşayan Türkiyə vətəndaşı Sabri Sökmenin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə Azərbaycanda saxlanılan S.Sökmenin Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Məhkəmədə məlum olub ki, S.Sökmenin 2011-ci ildə Türkiyədə bir qadına təcavüz edərək Azərbaycan qaçıb. Burada isə Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Türkiyə məhkəməsi isə onu 12 il müddətinə azadlıqdan məhrum edib və beynəlxalq axtarışa verib.

Bugünkü məhkəmə iclasında son söz deyən S.Sökmen ağlayaraq ölkəsinə getmək istəmədiyini bildirib. Məhkəmə kollegiyasının hökmü ilə S.Sökmenin barəsində həbs-qətimkan tədbiri seçilməsi və ölkəsinə ekstradisiya edilməsi qərarı verilib.

Murad Əhməd