Təcavüzdən sonra xəstəliyə yoluxduğunu açıqladı

tecavuzden-sonra-xesteliye-yoluxdugunu-aciqladi
Oxunma sayı: 4172

Dünya ulduzu Ledi Qaqa “Vogue” jurnalının oktyabr buraxılışı üçün kamera qarşısına keçib. “Qafqazinfo” xəbər verir ki, Qaqa eyni zamanda dərgiyə müsahibə verib. 

32 yaşlı sənətçi illər əvvəl başına gələn təcavüz hadisəsindən sonra problemlərlə üzləşdiyini qeyd edib. 

İfaçı bildirib ki, zorlandıqdan sonra travma alıb və əsəbiləri tamamilə korlanıb. Ledi psixoloji problemlərlə üzləşdiyini, xəstəliyə yoluxğunu vurğulayıb:

“Özümü karuseldə Hiss edirdim. Elə düşünürdüm ki, bu an yerə çırpılacam. Çətin günlər idi. Bədənim, bütün sümüklərim ağrıyırdı”. 

Qeyd edək ki, müğənni iki il əvvəl 12 yaşında prodüseri tərəfindən zorlandığını etiraf etmişdi.