Təcili yardım maşını çağırışa gedərkən qəzaya düşdü

tecili-yardim-masini-cagirisa-gederken-qezaya-dusdu
Oxunma sayı: 1342

Bərdə rayonunda təcili tibbi yardım maşını qəzaya düşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bərdə Rayon Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili “VAZ 2107” markalı avtomobillə toqquşub. Hadisə təcili yardım maşını çağırışa gedərkən baş verib. Minik avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hidayət Əhmədzadə

Foto: Tural Hüseynli