“Təəssüfdoğurucu insidentdir” - Gürcü Baş nazir

“Təəssüfdoğurucu insidentdir”
Oxunma sayı: 1893

Gürcüstanın Baş Naziri Mamuka Baxtadze Keşikçidağda baş verən insidentə münasibət bildirib.

“Qafqazinfo" xəbər verir ki, dövlət rəsmisi Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiya fəaliyyətini yaxın bir neçə həftə ərzində bərpa edəcəyini bildirib.

Ölkə vətəndaşlarını komissiyanın və aidiyyəti qurumların sakit şəraitdə işləməsinə imkan verməyə dəvət edən Baş Nazir deyib: “Müvafiq qurumlar gündəlik olaraq Azərbaycan rəsmiləri ilə əlaqə saxlayırlar. İki gün bundan öncə təəssüfdoğurucu insident baş verib. Bu, hər birimiz üçün çox həssas məsələdir və mən hamıdan komissiyanın və müvafiq qurumların normal rejimdə fəaliyyətlərini davam etdirməsinə imkan verməyi xahiş edirəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi