““Təfəkkür” Universiteti hazırda fəaliyyət göstərir” - Açıqlama

tefekkur-universiteti-hazirda-fealiyyet-gosterir
Oxunma sayı: 3505

“Təfəkkür Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı Təsisçilər Şurasının heç bir qərarı olmayıb və universitet hal-hazırda qanunverciliyə uyğun olaraq fəaliyyətini davam etdirir”.

Bu barədə universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir.

Qeyd olunur ki, universitetdə təhsil haqlarının ödənilmə qaydalarına əsasən, tələbələr təhsil haqqını oxuduğu il ərzində hissə-hissə ödəyə bilərlər.

“Tələbələrin başqa universitetə köçürülmə məsələsinə gəlincə isə, bu günə qədər cəmi 4 nəfər tələbə köçürülmə ilə bağlı universitetə müraciət edib. Universitetin fəaliyyətinin dayandırılması ilə bağlı təsisçilərin Təhsil Nazirliyinə müraciətinə gəldikdə isə bildiririk ki, keçmiş təsisçilərdən biri digər təsisçidən xəbərsiz maliyyə vəziyyəti ilə bağlı universitetin fəaliyyətinin gələcəkdə dayandırılması barədə nazirliyə müraciət edib.

Universitetin təsisçilərində və rəhbərliyində edilmiş dəyişikliklərlə əlaqədar universitet yenidən dövlət qeydiyyatına alınıb və yeni təsisçilər aidiyyəti orqanlara, o cümlədən Təhsil Nazirliyinə müraciət edərək universitetin fəaliyyəti ilə bağlı təsisçinin Təhsil Nazirliyinə ünvanladığı məktubun heç bir hüquqi əsası olmadığından onun etibarsız hesab edilməsini xahiş ediblər”, - deyə məlumatda vurğulanıb.