Təhlükə sovuşdu - Körpü açıldı

tehluke-sovusdu-korpu-acildi
Oxunma sayı: 647

Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, hazırda körpü açıqdır, hər iki istiqamətdə hərəkət var.

O qeyd edib ki, hazırda "Azəryolservis" ASC-nin mütəxəssisləri körpünü yoxlayırlar.

Qeyd edək ki, ötən gün şahidlərin Trend-ə verdiyi məlumata görə, Bakı-Quba yolundakı Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrində yerləşən körpü avtomobillərin hərəkəti üçün təhlükəli olduğundan bağlanmışdı.