Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsak və onun bütün müavinləri istefa veriblər.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Qritsak yaydığı açıqlamada vədinə əməl edərək vəzifəsindən istifadə etdiyinə dair yeni prezident Vladimir Zelenskiyə hesabat təqdim etdiyini bildirib.
O, həmçinin müvafiq hesabatların bütün müavinləri tərəfindən hazırlandığını sözlərini əlavə edib.
Qeyd edək ki, bu gün V. Zelenskinin inauqurasiya mərasimi keçiriləcək.