“Təhlükəsizliyimizin təminatında Rusiyanın rolu böyükdür” - Tonoyan

tehlukesizliyimizin-teminatinda-rusiyanin-rolu-boyukdur
Oxunma sayı: 1194

“Mən təsdiq edirəm ki, Rusiyanın silahlı qüvvələri və sərhədçiləri bizim təhlükəsizliyimizin təmin olunmasında mühüm rol oynayırlar. Bu, inkarediməz faktdır”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri vəzifəsini icra edən David Tonoyan deyib. 

Qeyd edək ki, Rusiyanın Ermənistanda 4,5 minə yaxın sərhədçisi xidmət edir. Gümrüdə isə 102-ci Rusiya hərbi bazası yerləşir. Bazanın fəaliyyət dövrü, Rusiya ilə Ermənistan arasındakı razılaşmaya əsasən, 2044-cü ilə kimidir.