Təhqirlərdən bezib karyerasına son qoydu

tehqirlerden-bezib-karyerasina-son-qoydu
Oxunma sayı: 2233

“Varlılar da ağlayır” və “Vəhşi qızılgül” seriallarının ulduzu, meksikalı aktrisa Veronika Kastro karyerasını başa vurduğunu açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə o, İnstaqram hesabında yazıb. 66 yaşlı aktrisa 53 il məşğul olduğu sənətdən getməyə məcbur olduğunu etiraf edib. Kastro qərarını aqressiya və təhqirlərdən bezməsi ilə izah edib.

Qeyd edək ki, son zamanlar V. Kastronun adı, şəxsi həyatı sosial şəbəklərdə qalmaqallı mövzullarda hallanırdı.