“Təhqirlərə fikir vermirəm”

tehqirlere-fikir-vermirem
Oxunma sayı: 2265

“Tərifləri yaxşı qəbul edirəm. Tənqidlərə və təhqirlərə isə fikir vermirəm. Mən bu sənətə gələndə artıq bunlara hazır idim”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Səmra Rəhimli  “Show News” maqazin proqramına açıqlamasında bildirib. O, “Altın Kelebek”in yarımfinal konsertindəki geyimindən də danışıb. O, tənqidlərə əhəmiyyət vermədiyini qeyd edib:

“Mən “Altın Kelebek” mükafat gecəsinə də öz səhnə obrazımla qatıldım. İnsanlar məni belə görməyə artıq alışırlar. Hər işimə ciddi yanaşdığım kimi buna da ciddi yanaşdım. Rəqs, şou, səhnə... İstədim şou göstərim ki, insanlar əsl müğənni səhnədə necə olar onu görsün. Səhnə və şəxsi həyat arasında bir cizgi olmalıdır. Yəni bunlar ayrı-ayrı insanlardır. Demək olar ki, mən bununla mübarizə aparıram”.