Tehran siçanların “əsarətində” - 50 milyona çatdılar

Tehran siçanların “əsarətində”
Oxunma sayı: 1869

İranın paytaxtı Tehranda havanın yüksək dərəcədə çirkli olmasından sonrakı ən böyük problem siçanlar hesab edilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda şəhərdə 50 milyona yaxın siçanın olduğu ehtimal edilir.

Tehranda siçanların çoxalmasına qarşı aparılan layihələrin nəticə vermədiyi bildirilib. Belə ki, hər keçən gün sayı artan siçanlar evlərdə daha da təhlükəli olmağa başlayıblar.

Tehran Bələdiyyəsi hazırda problemin həlli istiqamətində çalışmalarını davam etdirir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi