Tehrana uçan təyyarə təcili eniş edib - İstanbulda

tehrana-ucan-teyyare-tecili-enis-edib
Oxunma sayı: 1394

Almaniyanın Lufthansa Havayolları şirkətinin təyyarəsi İstanbulda təcili eniş edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, təyyarə Franfurtdan Tehrana uçurmuş. Təyyarə Türkiyə hava sahəsində olan zaman sərnişinlərdən biri infarkt keçirib. Bu səbəbdən pilot hava gəmisini Atatürk limanında endirməli olub.

Sərnişin təcili yardım xidməti vasitəsilə xəstəxanaya aparılıb. Təyyarə isə yenidən Tehran istiqamətində uçuşuna davam edib.