Tehranda bəyannəmə təsdiq olundu

tehranda-beyanneme-tesdiq-olundu
Oxunma sayı: 634

Sultaniyyə deyib ki, Qoşulmama Hərəkatına üzv ölkələr İranın nüvə proqramına dair ayrıca bəyannamə qəbul etməyəcək, lakin təsdiq olunmuş Bəyannamədə sülh yönlü nüvə proqramına dair bəndlər var.
Bazar günü Tehranda ekspertlər səviyyəsində açılan Qoşulmama Hərəkatınının Zirvə toplantısında 100-dən artıq ölkə iştirak edir.
Bu gün Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin iclasının açılış mərasimində İran rəsmən növbəti üç il ərzində hərəkata sədrliyi öz üzərinə götürüb.

QH dövlət və hökumət başçılarının görüşü Tehranda avqustun 28-29-da keçiriləcək. Zirvə toplantısı islam inqilabının lideri ayətullah Seyid Əli Xamneyinin çıxışı ilə açılacaq.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammiti avqustun 28-29-da Tehranda keçiriləcək. Qoşulmama Hərəkatı formal olaraq heç bir bloka aid olmadığını elan etmiş 118 dövlətin daxil olduğu beynəlxalq təşkilatdır. Onun yaradılması ideyası 1955-ci ildə Bandonq (İndoneziya) konfransında irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Qoşulmama Hərəkatının yaradıldığı elan olunub.
Azərbaycan Qoşulmama Hərəkatına üzv ölkələrin XVI sammitinin rəis müavini və əməkdaşlıq və koordinasiya idarəsinin üzvü kimi seçiləcək.

Qoşulmama Hərəkatına üzv olan ölkələrin XVI sammitinin rəhbəri vəzifəsində İran olacaq, bu hərəkatın ofisində isə 20 ölkədən müavinlər çalışacaq ki, onlardan Azərbaycan, Konqo, Mərakeş, Sudan, Lesoto, Banqladeş, Kamboca, Butan, İraq, Laos, Fələstin və Şri-Lanka, Venesuela və s. namizədliyi irəli sürülüb.

Azərbaycan iclasda Qoşulmama Hərəkatına üzv kimi ilk dəfədir iştirak edir.