Tehranda yaşayış evində partlayış - Ölən və yaralananlar var

tehranda-yasayis-evinde-partlayis
Oxunma sayı: 853

İranın paytaxtı Tehranda yaşayış evində partlayış baş verib.

“Qafqazinfo”nun İran KİV-nə istinadən məlumatına görə, qaz sızması nəticəsində baş vermiş partlayışda 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaşayış evi tamamilə dağılıb, yaxınlıqdakı evlərə də ziyan dəyib. Hadisə yerinə xilasedicilər cəlb olunub.

Dağıntılar arasında insanların qaldığı ehtimal edilir.