“Təhsil haqqında” qanunda dəyişikliklər təsdiqləndi

“Təhsil haqqında” qanunda dəyişikliklər təsdiqləndi
Oxunma sayı: 3272

Azərbaycan prezidenti İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
 
“Qafqazinfo”nun məlumatına görə, “Təhsil haqqında”  qanuna 22.3-1-ci maddə əlavə edilib:
 
“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunur”.
 
Habelə qanuna aşağıdakı məzmunda 26.5-1-ci maddə əlavə olunub: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi