Təhsil nazirinin müavini işdən çıxarıldı, Vergilər Nazirliyinə göndərildi

tehsil-nazirinin-muavini-isden-cixarildi-vergiler-nazirliyine-gonderildi
Oxunma sayı: 7695

Təhsil nazirinin müavini Mətin Eynullayev vəzifəsindən azad edilib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Məlumata görə, M. Eynullayev Vergilər Nazirliyində yüksək vəzifəyə təyin edilib.

Vəzifəsinin icrasına başlayan M. Eynullayev yanvarın 19-da Vergilər Nazirliyində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.