Təhsil Nazirliyi ali məktəblərin dərsliklərinə aydınlıq gətirib

tehsil-nazirliyi-ali-mekteblerin-dersliklerine-aydinliq-getirib
Oxunma sayı: 636

Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Trend-ə deyib ki, ali məktəblərin dərsliklərlə təminatı ilə bağlı xüsusi planları yoxdur. Ayrı-ayrı ali məktəblər ehtiyac duyduqları dərslikləri özləri müəyyənləşdirirlər.

Şahbazlı tələbələrin daha çox hansı dərsliklərə ehtiyacının olması barədə məlumatının olmadığını da söyləyib.

"Məktəblər özləri hansı dərsliklərə ehtiyaclarının olması barədə qərar çıxarırlar. Daha sonra isə müəyyən müəlliflər dərslikləri hazırlayır və həmin vəsait çap edilir, tələbələr də onlardan yararlanır", - Şahbazlı qeyd edib.

O, ali məktəblərdə istifadə edilən dərslik və vəsaitlərin nazirlik tərəfindən təsdiqləndiyini bildirib.

"Biz Azərbaycan Tibb Universiteti və digər ali məktəblərin xeyli dərsliklərini, dərs vəsaitləri, əlavə vəsaitləri təsdiqləmişik. Dərsliklər təsdiq olunduqdan sonra da onlar çap edilir və yayılır", - nazirlik rəsmisi əlavə edib.