Təhsil Nazirliyi yeni aparat rəhbəri ilə bağlı məlumat yaydı

tehsil-nazirliyi-yeni-aparat-rehberi-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 4576

“Qafqazinfo”nun məlumatına görə, həmin informasiyada qeyd olunur ki, Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. 

Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışmış, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub. 2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 

Xatırladaq ki, Təhsil Nazirliyinin yeni Aparat rəhbəri Mikayıl Cabbarovun yeniyetməlik dostudur və onunla məşhur “Çto? Qde? Koqda?” yarışmasında bir komandada mübarizə aparıb. O, eyni zamanda maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır.