Təhsil Nazirliyində dərslik problemi

tehsil-nazirliyinde-derslik-problemi-
Oxunma sayı: 676

“Qafqazinfo”nun məlumatına görə, müzakirədə Təhsil Nazirliyinin Dərslik və Nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı, Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Xudayat Həsənli, Satınalmalar üzrə Dövlət Agentliyinin nümayəndələri, naşirlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər iştirak edib. Müzakirədə “Yeni Müsavat” qəzetinin muxbiri Sevinc Telmanqızının adı çəkilən mövzuda apardığı araşdırma əsasında yazdığı “Bir addım irəli, iki addım geri” məqaləsinə də toxunulub. Müəllif çıxışında araşdırması haqqında danışıb və bildirib ki, dərslik siyasəti dəyişdirilərsə, dərsliklərin çapı iki mərhələli olacaq bu da onların keyfiyyətini aşağı salacaq: “Azərbaycanda dərslik müəllifi qıtlığı var, bu həm maddi həm də başqa səbəblərlə əlaqədardır. Dərslik siyasətsinin dəyişirdilməsi dıərslik müəlliflərinin ayını azaldacaq”.
Müəlllifin səsləndirdiyi fikirlərə münasibət bildirən Təhsil Nazirliyinin Dərslik və Nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bildirib ki, dərslik siyasətinin dəyişdirilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil: “Mən Sevinc xanıma da demişdim ki, olmayan bir məslələ ilə bağlı danışmaq lazım deyil. Dərslik siyasəti ilə bağlı heç bir dəyişiklik gözlənilmir. Problem olmalıdır ki, o da müzakirəyə çıxarılsın. Axı, ortada problem yoxdur”.
Dərsliklərin məzmunu ilə bağlı sualı cavablandırarkən Faiq Şahbazlı bildirib ki, dərsliklərin məzmununda problemlər var: “Dərsliklərin məzmununda problemlər var, olacaq da. Nə qədər ki, insan var, səhvlər də olacaq”.
Müzakirədə Azərbaycan dili dərsliyinin müəllfi Rafiq İsmayılov bildirib ki, dərslik siyasətinin dəyişdirilməsi ilə bağlı bizə qeyri-rəsmi məlumat daxil olmuşdu: “Bizə yalnız qeyri-rəsmi olaraq deyilmişdi ki, dəyşiklik olacaq. Amma, Faiq müəllimin çıxışı hər şeyə aydınlıq gətirdi”.
Dərsliklərin çap olunması zamanı hüquqi məslələrə aydınlıq gətirən Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Xudayat Həsənli bildirib ki, dərslik çap olunarkən Təhsil Naziriliyi ilə müqavilə imzalanmalıdır: “Dərslik müəllifi Təhsil Nazirlyii ilə müqavilə imzalamalıdr ki, bu müqvilədə müəllifin alacağı qonarar, çapın forması və s. bu kimi müddəalar öz əksini tapmalıdır”.
Fatimə Kərimli