Təhsil Nazirliyində yeni təyinat

tehsil-nazirliyinde-yeni-teyinat
Oxunma sayı: 636

Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseyzadə cümə axşamı Trend-ə bildirib ki, şöbənin müdiri vəzifəsinə Tamella Əliyeva təyin olunub.

Əliyeva bundan öncə Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində bundan öncə Qulu Novruzov işləyib. O, bir müddət əvvəl nazir müavini təyin edilib.