“Təhsil ocaqlarının yerini restoranlar tutdu”

“Təhsil ocaqlarının  yerini restoranlar tutdu”
Oxunma sayı: 1151

“Elm haqqında” qanuna uyğunlaşdırılması məqsədilə 19 qanun layihəsinə dəyişiklik edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. O qeyd edib ki, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələrinin özəlləşdirilməsi qadağan olunur: “Çünki həmin müəssisələrin laboratoriyalarında mühüm təcrübələr  var. Ölkə miqyaslı laboratoriyaların özəlləşdirilməsi dövlətə fayda gətirə bilməz. Çünki biz təhsil qurumlarının özləlləşdirilməsinin  acı nəticələrini 90-cı illərdə gördük. Həmin təhsil ocaqlarının  yerini restoranlar tutdu”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi