Təhsil şöbəsindən məktəblilərin qəzası haqda - Açıqlama

tehsil-sobesinden-mekteblilerin-qezasi-haqda
Oxunma sayı: 1589

Yevlax Şəhər  Təhsil  Şöbəsi  ötən gün rayon məktəblilərinin düşdüyü qəza ilə bağlı açıqlama verib.

Qurumdan “Qafqazinfo”ya bildirilib ki, 11 mart 2018-ci il tarixdə    rayonun  Aran qəsəbə 1 nömrəli tam orta məktəbin  IX sinif şagirdləri  buraxılış  imtahanlarının  birinci mərhələsində iştirak etmək üçün  rayon mərkəzinə gələrkən  15 nəfər şagirdin, 1 nəfər direktor müavini (təşkilatçı)  və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus Yevlax rayonu ərazisində qəzaya uğrayıb.  Hadisə zamanı xəsarət alan 12 nəfər Yevlax Rayon Mərkəzi  Xəstəxanasına,  5 nəfər isə Mingəçevir Şəhər Mərkəzi  Xəstəxanasına yerləşdirilib. 

Yevlax  Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 12 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılmışdır.   Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən 5 nəfərdən 3 nəfərin vəziyyəti qənaətbəxşdir.   2 nəfər kəllə-beyin travması aldığı üçün  Səhiyyə  Nazirliyindən həkim briqadası göndərilmiş və müalicələri davam etdirilir. 

Ülviyyə